Следующий

Pərvin Abıyeva yağəşda rəqs etdi
RePostAz
58 Просмотры

Putin Ermənistanı çox pis TƏHQİR ETDİ!!!

31 Просмотры
gyunduz
0
Опубликован в 01 Sep 2018 / В Новости и политика

Maraqlı TV təqdim edir:
Ermənistanın baş naziri Nikol Paşinyanın futbol üzrə Dünya Çempionatının açılış mərasimi üçün getdiyi Moskvada prezident Vladimir Putinlə görüşündən az sonra -iyunun 15-də “Rosselxoznadzor” onun ölkəsinə qarşı əcaib qadağa tətbiq edib.

Virtualaz.org xəbər verir ki, “Rosselxoznadzor”a istinadən əvvəlcə Ermənistandan bütün növ canlıların-sürünənlərin, uçanların, dördayaqlıların və s. Rusiyaya gətirilməsinə qadağa qoyulduğu haqda TASS məlumat yayıb. Sosial şəbəkələrdə dərhal bu qadağa Paşinyanla Putinin görüşündə anlaşma əldə edilməməsi kimi yozulub. Çünki “Rosselxoznadzor” bundan əvvəl də dəfələrlə Kremlin cəzalandırmaq istədiyi keçmiş sovet respublikalarına qarşı siyasi təzyiq aləti kimi tətbiq edilib.
Daha sonra “Rosselxoznadzor” açıqlamaya düzəliş edərək bildirib ki, əvvəlki bəyanat yanlış anlaşılıb və qüvvədən düşmüş hesab olunur. Əslində Ermənistandan təkcə primatlar sinfinə (yarımmeymunlar və meymunlar sinfi, əslində biologiya elmində insan da bu sinfə aid edilir-red.) aid olan canlıların Rusiya ərazisinə gətirilməsi “müvəqqəti qadağan olunur”.

“Rosselxoznadzor” bunu Ermənistandan Rusiyaya primatlar sinfinə aid canlıların gətirilərkən sənədli və fiziki nəzarət zamanı dəfələrlə pozuntuların qeydə alınması ilə əsaslandırıb.
Məsələ burasındadır ki, Ermənistan meymunlar ölkəsi deyil və Afrikada yerləşmir. Bu səbəbdən “Rosselxoznadzor” nədən qəfildən Ermənistandan Rusiyaya meymunların gətirilməsi zamanı “dəfələrlə pozuntuların baş verdiyini” yada salıb və belə qadağa tətbiq edib? Axı Ermənistandan primatlar sinfinə aid olan məməlilərin Rusiyaya daşınması nə dərəcədə intensiv imiş ki, “Rosselxoznadzor” hərəkətə keçib?
Belə görünür ki, bu qadağa tamamilə siyasidir və hətta ermənilərə, Ermənistanın indiki rəhbərliyinə verilmiş təhqiramiz mesajdır. Çünki “meymun” sözünün rusca ifadəsi “obezyan” olduğuna görə qara yumor həvəskarları Rusiyada çox vaxt “obezyanların” da erməni olduğu haqda lətifələr qoşurlar. Və Putinin xoşuna gəlməyən xarici liderlərin Rusiya təbliğat vasitələrində qara yumor hədəfinə çevrildiyi barədə çoxsaylı nümunələr göstərmək olar.
Putin-Paşinyan görüşünün jurnalistlərə açıq hissəsinin videokadrlarında Rusiya prezidentinin rus dilində çox pis danışan, fikirlərini düz-əməlli ifadə edə bilməyən saqqallı Ermənistan liderini necə istehza ilə süzdüyünü görmək çətin deyil. Hansı ki, bu saqqallı inqilabçı-keçmiş qəzet redaktoru öz komandasını tamamilə qərbyönümlü tərəfdaşlarından, hətta Putini söyənlərdən formalaşdırıb. Və Paşinyanın hökumətinin belə tərkibi Rusiya siyasi dairələrində çox aqressiv qarşılaşıb və neçə vaxtdır ki, Ermənistanın yeni hakimiyyətinə qarşı sistemli təbliğat aparılır. Paşinyana müxtəlif ekspertlərin vasitəsilə mesajlar verilir ki, Rusiyanın maraqlarına qarşı bu cür laqeydlik Ermənistana Qarabağın itirilməsi hesabına başa gələ bilər. İndi isə Ermənistandan “obezyanların” Rusiyaya girişinə qadağa qoyulur...

Music: Scott Buckley - Legionnaire
Link: https://youtu.be/NwW0vFUCzEM
Music provided by: MFY - No Copyright

Maraqlı TV (MTV) kanalı yeni bir layihədir və eyni zamanda SİZİN – TAMAŞAÇILARIN lahiyəsidir. Ona görə də SİZİN kanal haqqında fikirləriniz, təklif və iradlarınız bizim üçün çox əhəmiyyətlidir. Xahiş edirik, əgər videoları bəyənirsinizsə, KANALINIZA ABUNƏ olmaqla yanaşı TƏKLİF VƏ İRADLARINIZI (etik qaydalar çərçivəsində!) da videoların altında şərh olaraq yazıb bizə bildirəsiniz! Əvvəlcədən TƏŞƏKKÜRLƏR!

Facebook Səhifəmiz: https://goo.gl/3kYB6q
YouTube Kanalımız: https://goo.gl/FBXjUu


#Maraqlı TV, #MTV, #Fuad Hilalov, @Maraqlı TV, @MTV, @Fuad Hilalov, Maraqlı TV, MTV, Fuad Hilalov, son hadisələr, prezident, azerbaycan, azərbaycan, İstanbul,Трамп,

Показать больше
Комментарии Facebook